Dünya nüvə savaşına sürüklənir - Blumberq
Dünya nüvə savaşına sürüklənir - Blumberq
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı dünyanı nüvə silahı yarışının yeni mərhələsinə sövq edə bilər.
Bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, Şimali Atlantikadan Qərbi Sakit okeana qədər olan ölkələrin hökumətləri öz nüvə arsenalına sahib olmaq zərurəti barədə daha açıq danışmağa başlayıb:
"Bundan əlavə, əvvəllər ABŞ-ın nüvə çətiri ilə rahat davranan bəzi ölkələr, xüsusən də Polşa və Almaniya Fransanın nüvə çətirini Avropa qitəsinə qədər genişləndirmək niyyətini alqışlamağa başlayıb. Tarixdə dinc əhaliyə qarşı nüvə silahından istifadə edən yeganə ölkə olan ABŞ hazırda nüvə sınaqlarını bərpa etmək imkanlarını araşdırır".
Agentliyə danışan MAQATE-nin rəhbəri Rafael Qrossi bildirib ki, bu cür kütləvi qırğın silahlarına sahib olma ehtimalı hətta onlara heç vaxt sahib olmayacağına söz vermiş ölkələrdə də açıq şəkildə müzakirə olunur:
"Daha çox ölkədə daha çox nüvə silahı dünyanı daha təhlükəsiz yerə çevirməyəcək".







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi