Dünyanın ən sağlam tərəvəzi açıqlandı
Dünyanın ən sağlam tərəvəzi açıqlandı
Meyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya əsasən, ən sağlam qidalar açıqlanıb. Mütəxəssislər 17 əsas qidanı qiymətləndiriblər.
Araşdırmada qidaların kalium, lif, protein, kalsium, dəmir, tiamin, riboflavin, niasin, folat, sink və müxtəlif vitamin dəyərləri nəzərə alınıb.
Tərtib olunan qiymətləndirməyə görə, kartof 100 baldan 10,51 bal alaraq sonuncu yeri tutub. Meyvələr arasında isə qreyfrut 10,47 balla ən aşağı göstəriciyə sahib olub.
Araşdırmanın nəticələrinə əsasən siyahı belə formalaşıb:
10. Qara kələm – 62,49 bal
9. Qıvrım kahı – 63,48 bal
8. Cəfəri – 65,59 bal
7. Yarpaq kahı – 70,73 bal
6. Hindiba – 73,36 bal
5. İspanaq – 86,43 bal
4. Çuğundur yarpağı – 87,08 bal
3. Çuğundur – 89,27 bal
2. Çin kələmi – 91,99 bal
Zirvədə isə hər kəsi təəccübləndirən bir bitki yer alır. Araşdırmanın nəticəsinə görə, 100 bal alaraq birinci yerə çıxan tərəvəz – su tərəsi olub.
Mütəxəssislərin “Mükəmməl” adlandırdığı su tərəsi “Brassicaceae” (kələmkimilər) fəsiləsinə aiddir və lahana, brokoli, Brüssel kələmi kimi tərəvəzlərlə “qohumdur”. K vitamini baxımından çox zəngin olan su tərəsi xroniki xəstəlik riskini azaldır.
Araşdırma ilə bağlı danışan dosent dr. Ceniffer Di Noia qeyd edib ki, güclü meyvə və tərəvəzlər ürək-damar xəstəlikləri, neyrodegenerativ xəstəliklər və bəzi xərçəng növləri daxil olmaqla, çox sayda xroniki xəstəlik riskini azaltma potensialına malikdir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu