Dünyanın ən uzaqmənzilli hibrid krossoveri bəlli oldu
Dünyanın ən uzaqmənzilli hibrid krossoveri bəlli oldu
"Hongqi HS6" hibrid krossoverinin Ginnesin Rekordlar Kitabına daxil edildiyi açıqlanıb.
Bu barədə "Autohome" məlumat yayıb.
Çində ictimai yollarda sınaqdan keçirildikdən sonra avtomobil şarj olunan (plug-in hybrid) güc aqreqatı ilə ən uzaqmənzilli SUV adını qazanıb. "Hongqi HS6 PHEV" Şanqri-Ladan yola çıxaraq, enerji və yanacaq doldurmadan Quançjouya çatıb. Marşrutun ümumi məsafəsi 2 327 kilometrdən çox olub.
Model tək və ya ikiötürücülü, ümumi gücü 228 və ya 502 at gücü olan iki güc aqreqatı variantı ilə istehsal edilib. Batareya tutumundan asılı olaraq, krossoverin tamelektrikli yürüş məsafəsi 152 ilə 250 kilometr arasındadır və rəsmi ümumi yürüş məsafəsi 1 650 kilometrə çatır. Hibridin qiyməti hələ açıqlanmayıb.
Məlumata görə, bu yeni modelin Çində satışları noyabrın 15-dı başlayacaq.







Oxşar -Yeniinfo.az
Rubio Zelenski ilə görüşəcək
Zelenski İran Şahının oğlu ilə görüşdü
Ukrayna əhalisi ağır vəziyyətdə - Hesabat
Putin hazırda gizli səfərbərlik həyata keçirir
Putini yalnız bu ölkə dayandıra bilər - Zelenski
Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi
Son 15 il ərzində ilk dəfə Fin körfəzi tamamilə buzla örtülə bilər - Xəbərdarlıq