Dənizdə itkin düşmüş həkimin müəmmalı taleyi: Tural Sultanovdan 37 gündür xəbər yoxdur
Dənizdə itkin düşmüş həkimin müəmmalı taleyi: Tural Sultanovdan 37 gündür xəbər yoxdur
Gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanov təxminən 37 gündür ki itkin düşüb. Onun ailəsi sentyabrın 27-dən bəri ondan xəbər ala bilmir.
Tural Sultanovun anası Aygün Sultanova oğlunun iyulun sonunda işə getdiyini və avqustun sonunda evə dönməli olduğunu söyləyib. Lakin, avqustun 17-də oğlunun gəmidə olduğu, ad gününü gəmidə qeyd etdiyi bildirilib:
"Bir ay orada olurdu, bir ay evdə olurdu. Sentyabrda dedim, Tural, nə vaxt gəlirsən? Dedi ki, yəqin ki, oktyabra qədər qalacağam".
Aygün Sultanova oğlunun uzun müddət gəmidə saxlanmasını və bu müddətdə baş vermiş hadisələrin müzakirə edilməməsini ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, gəminin içindəki kameraların görüntülərinin göstərilmədiyini və oğlunun itkin düşdüyü hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyini bildirib.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü