Telefon
WhatsApp
Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər
300 X 250 Reklam Alanı

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir.

Yeni info.az-a Oxu.Az "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib.

Nazirin sözlərinə görə, virus İturi vilayətində yerləşən məcburi köçkün düşərgələrinə yayılacağı təqdirdə gündəlik ölüm sayı 1000 nəfərə çata bilər.

Məlumata görə, İturi bölgəsində fəaliyyət göstərən 69 düşərgədə təxminən 1.15 milyon məcburi köçkün yaşayır.

Bundan əvvəl İturi və Şimali Kivu vilayətlərində bir gün ərzində 42 yeni Ebola yoluxması qeydə alındığı, ölkədə virusdan ölənlərin ümumi sayının isə 473 nəfərə çatdığı bildirilmişdi.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə ictimai səhiyyə vəziyyəti elan edib.

Qeyd olunur ki, bu, bölgədə Ebola virusunun 17-ci yayılmasıdır. Hazırda "Bundibugyo" ştamına qarşı təsdiqlənmiş müalicə üsulu və ya vaksin mövcud deyil.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150