Ekspert Aleksey Tuzov Çin maşınlarının mənfi cəhətlərini sadalayıb
Ekspert Aleksey Tuzov Çin maşınlarının mənfi cəhətlərini sadalayıb
"Bəzi Çin avtomobillərinin əhəmiyyətli çatışmazlıqlarından biri elektronika və erqonomika ilə bağlı problemlərdir".
Bunu "Rossiyskaya qazeta" nəşrinə nəqliyyat sahəsi üzrə müstəqil ekspert Aleksey Tuzov deyib.
Onun sözlərinə görə, məsələn, Çindən gələn bir sıra modellərdə multimedia ekranı və parklama sensorları gec işə düşür.
Tuzov qeyd edib ki, sürücülər müxtəlif seçimləri aktivləşdirmək üçün düymələri axtarmağa vaxt sərf etməlidirlər. Bundan savayı, bəzi avtomobillərin səs izolyasiyası zəifdir.
Avtomobil eksperti ölkədə Çin maşınlarının o qədər də populyar olmayan az tanınan markalarını almamaq barədə xəbərdarlıq edib.
Belə ki, bu cür Çin brendləri ölkəni asanlıqla tərk edə bilərlər və belə bir modeli almaq böyük risk təşkil edir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...