Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"
Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"
Azərbaycanın kənd təsərrüfatında pomidor artıq uzun illərdir həm istehsal, həm də ixrac üzrə lider mövqeyini qoruyur. Ölkədə pomidor istehsalı kifayət qədər yüksəkdir və bu sahə ildən-ilə genişlənərək iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilir. Təzə pomidor ixracının qeyri-neft sektorunda uzun müddətdir ilk yerlərdə olması, həm həcmin, həm də bazar payının artması bu potensialı daha da gücləndirir. Lakin mövcud göstəricilər əsasən xammal - yəni təzə pomidor satışına aiddir. Bu isə çox vacib bir sualı gündəmə gətirir. Bəs pomidorun emalı və emal məhsullarının istehsalı hansı səviyyədədir? Ölkəmizdə pomidor emalının potensialı nə qədərdir?"Sənaye emalı ümumi istehsalın kiçik hissəsini tutur"
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, pomidor emalı ümumi məhsulun çox cüzi hissəsini təşkil edir: "Azərbaycanda pomidor istehsalı və ixracı sürətlə artır. Amma pomidorun emalı - konserv, tomat pastası, ketçup və s. hələ xammal istehsalına nisbətən məhduddur. Azərbaycanda sənaye emalı xammal istehsalına nisbətən kiçik pay təşkil edir. Son illərin beynəlxalq təhlilləri göstərir ki, emal olunan hissə əvvəlki illərdə istehsalın 3 faizi səviyyələrində olub. Bu o deməkdir ki, əsas kütlə təzə pomidor kimi satılır, sənaye emalı isə hələ ümumi istehsalın kiçik hissəsini tutur".
A.Nəsirli mağazalarda qarşımıza çıxan yerli məhsullardan da bəhs etdi: "Azərbaycanda həm tomat pastası, həm də ketçup mağaza şəbəkələrində satılır. Yəni bu məhsullar daxildə hazırlanır. Mağazalarda yerli və idxal ketçuplarının qarışığını da görmək olar".







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu