Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
Bir neçə ildir ki, dünyada elektrikli avtomobillərə tələbat artsa da, ölkəmizdə bu statistikada enmə müşahidə olunur. Bir zamanlar insanların həvəslə aldıqları elektrikli avtomobillərə indi maraq azalıb.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun iki səbəbi var: "Birincisi, enerji doldurma məntəqələrinin azlığıdır. İkincisi isə belə nəqliyyat vasitələrinin texniki qulluğu zamanı qarşıya çıxan çətinliklərdir. Yəni bu tip maşınların ustalarının az olması və ehtiyat hissələrinin çətin tapılmasıdır".
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayı ərzində ölkəmizə 48 milyon 210 min ABŞ dolları dəyərində 1559 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 45,6 % və 30,6 % azdır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu