Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Elektriklə çalışan minik avtomobillərinin istifadəsi minimal həddədir.
Bunu nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, benzin mühərrikli minik avtomobilləri ölkəyə ən çox gətirilən, eyni zamanda daxili bazarda ən çox alınıb-satılan avtomobillərdir:
"Ötən illərin statistikasına nəzər salsaq, görərik ki, hibrid avtomobillərə də tələbatda artan xətdir. Lakin yenə də benzinlə işləyən maşınlar üstündür. Buna baxmayaraq benzinlə çalışan avtomobillərin qiymətlərində ucuzlaşma yoxdur. Yeni avtomobillərdə də ucuzlaşma müşahidə edilmir".
Ekspert qeyd edib ki, mühərrik həcmi 3000 kub santimetrdən yüksək olan köhnə avtomobillərinin qiymətində bir qədər ucuzlaşma müşahidə olunur:
"Sırf elektrik enerjisi ilə işləyən avtomobillər ən az sürülən kateqoriyadır".
Eldəniz Cəfərovun fikrinə görə elektromobillərə tələbatın yüksəlməsi infrastrukturdan asılıdır:
"Maşınlar ölkə rəsmi gətirildiyi halda istehsalçı zəmanəti ilə alıcılıq qabiliyyətini yüksəltmək olar. Eyni zamanda enerjidoldurma məntəqələrinin sayı da artmalıdır. Serviz mərkəzlərinin yetərsay olması önəmlidir".
Qeyd edək ki, qanunvericiliklə elektrik enerşisi ilə işləyən minik avtomobillərinin idxalına vergi güzəştləri nəzərdə tutulub.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı