Ev almaq istəyənlərin nəzərinə: 2026-ci ildə..
Ev almaq istəyənlərin nəzərinə: 2026-ci ildə..
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mənzillərin qiyməti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12.7 faiz artıb. Bahalaşma ən çox vətəndaşlar tərəfindən satılan evlərdə qeydə alınıb. Bu evlərin qiyməti sözügedən dövrdə 12.8 faiz artıb. Tikinti şirkətlərinin satdığı mənzillərdə isə 12.5 faiz bahalaşma olub.
Bəs 2026-cı ildə qiymətlər necə dəyişə bilər?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ölkə iqtisadiyyatında bir sıra güzəştlərin müddətinin 2026-cı ildən artırılmamasının daşınmaz əmlak bazarına təsiri ehtimalı olsa da, yenə də qiymətlərin enəcəyi gözlənilmir:
"Ola bilsin ki, ötən illərdə olduğu kimi, sürətli qiymət artımı ilə qarşılaşmayaq. Amma bu, o demək deyil ki, daşınmaz əmlakın dəyəri aşağı düşərək qiymətlərə mənfi təsir göstərəcək".
Ekspert əlavə edib ki, daşınmaz əmlak bazarında qiymət artımına səbəb tələbin təklifi üstələməsi yox, bu sahənin ölkədə əsas investisiya alətinə çevrilməsidir. İqtisadçı hesab edir ki, digər investisiya alətlərinin inkişaf edəcəyi təqdirdə daşınmaz əmlaka maraq azala bilər.







Oxşar -Yeniinfo.az
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
Ağdamda 2-ci yaşayış kompleksində 60 bina inşa edilib
Qaradağda avtobuslar toqquşub, 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Bu səhər hansı yollarda tıxac var?
Balaca Heydər artıq böyüyüb, iki oğlu var - Sakinlərlə səmimi söhət
İlham Əliyev ad günündə ailəsi ilə birlikdə
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi