Telefon
WhatsApp
Fars körfəzi ölkələri raket və PUA-ların hücumları barədə məlumat verib
300 X 250 Reklam Alanı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Səudiyyə Ərəbistanı və Bəhreyn son saatlar ərzində baş verən raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumları barədə məlumat verib.

Bu barədə BBC məlumat yayıb.

BƏƏ Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə qüvvələri İran tərəfindən gələn təhdidləri dəf edir.

Küveyt hakimiyyəti də hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində baş verən partlayışlar barədə məlumat verib və əhalini təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin şərq bölgəsində bir neçə PUA-nın məhv edildiyini bildirib.

Bəhreyndə hava həyəcanı siqnalı işə düşüb, bundan sonra sakinlər təhlükəsiz yerlərdə sığınmağa çağırılıb. Hakimiyyət orqanları bunun səbəbinin İran PUA-ları olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150