Fevralın 5-də gözlənilən hava şəraiti
Fevralın 5-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2° dərəcə şaxtadan 1° dərəcəyədək isti, gündüz 2-4° dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5°, gündüz 5-9° dərəcə isti, dağlarda gecə 3-8° dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13°, gündüz 0-3° dərəcə şaxta olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.







Oxşar -Yeniinfo.az
Fevralın 12-də gözlənilən hava şəraiti
Fevralın 11-də gözlənilən hava şəraiti
Fevralın 10-da gözlənilən hava şəraiti
Fevralın 9-da gözlənilən hava şəraiti
Fevralın 8-də gözlənilən hava şəraiti
Fevralın 7-də gözlənilən hava şəraiti
Fevralın 6-da gözlənilən hava şəraiti
Fevralın 5-də gözlənilən hava şəraiti