FHN DSX-nın “N” saylı hərbi hissəsində təlim keçirib
FHN DSX-nın “N” saylı hərbi hissəsində təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.
Təlimin praktiki hissəsində şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas edilərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib, eyni zamanda qəza zamanı yaranan “yanğın” qısa zamanda söndürülüb.







Oxşar -Yeniinfo.az
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?
İran bu ölkələri hədələdi
Bu şəxslər işləmədikləri halda maaş alacaqlar
Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
Tramp İrana hücumları buna görə bərpa etdi - KİV