Telefon
WhatsApp
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
300 X 250 Reklam Alanı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Tibb Kollecində tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Məqsəd gənclərin fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.Məqsəd gənclərin fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar ətraflı cavablandırılıb.

Tədbirin praktiki hissəsində şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən tələblərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.

Tədbir uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Qeyd edilib ki, belə tədbirlərin keçirilməsi əhalinin, xüsusilə gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150