Finlandiyalı siyasətçi: "Avropa Rusiyaya qarşı müharibəyə başlayacaq"
Finlandiyalı siyasətçi: "Avropa Rusiyaya qarşı müharibəyə başlayacaq"
"Avropa liderləri Rusiya ilə birbaşa qarşıdurmaya girəcəklər".
Bu fikri Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansının üzvü Armando Mema bildirib.
"Aİ liderləri Ukrayna mübarizəsini davam etdirərsə, bu ölkəni tamamilə çökdürəcəklər. Üstəlik, münaqişə davam edərsə, bütün Avropanı Rusiyaya qarşı müharibəyə sürükləyəcəklər", - deyə o, "X" səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban Ukraynada davam edən münaqişə səbəbindən Avropanın III dünya müharibəsinin astanasında olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə Rusiyanın 2029-cu ilədək NATO üzvü olan bir dövlətə hücum edə biləcəyini deyib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?