“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini sabit saxlayıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini sabit saxlayıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini sabit saxlayıb.
Bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik dekabrın 5-də Azərbaycan üzrə növbəti reytinq icmalını aparıb və bütün əsas göstəriciləri dəyişməyərək sabit saxlamaq (“Review – No Action”) qərarı verib. Bu isə ölkənin uzunmüddətli emitent defolt reytinqinin “BBB–” səviyyəsində sabit saxlanılması deməkdir.
Agentlik həmçinin, qısamüddətli emitent reytinqini “ F3”, yerli valyutada uzunmüddətli reytinqi “BBB–”, yerli valyutada qısamüddətli reytinqi isə “F3” səviyyəsində təsdiqləyib.
Məlumata görə, son faktiki reytinq tədbiri 13 iyun 2025-ci ildə aparılıb və həmin tarixdə Fitch Azərbaycanın “BBB–” reytinqini təsdiqləyərək proqnozu “sabit” səviyyəsində saxlayıb. 5 dekabrda isə yalnız monitorinq həyata keçirilib. Əsas məqsəd Azərbaycanın makroiqtisadi, fiskal, xarici və geosiyasi risklərini yenidən qiymətləndirmək olub və reytinqə dəyişiklik üçün əsas görülməyib.
Qeyd edək ki, “Fitch” Azərbaycanın reytinqini 2024-cü ilin iyulunda “BB+” səviyyəsindən “BBB–” səviyyəsinə yüksəldilib və bu reytinq bütün sonrakı nəzərdən keçirmələrdə dəyişməz saxlanılıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu