Floridada CAIR və “Müsəlman Qardaşları” xarici terrorçu təşkilatlar elan edilib
Floridada CAIR və “Müsəlman Qardaşları” xarici terrorçu təşkilatlar elan edilib
ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis Amerika-İslam Münasibətləri Şurasını (CAIR) və “Müsəlman Qardaşları” təşkilatını “xarici terrorçu təşkilatlar” kimi tanıtdığını açıqlayıb.
Qubernator qərarın prezident Donald Trampın “Müsəlman Qardaşları”nın bəzi qollarını terror siyahısına salmasından sonra verildiyini bildirib.
DeSantis “X” hesabında paylaşdığı açıqlamada Florida agentliklərinə bu təşkilatların qanunsuz fəaliyyətlərinin qarşısını almaq üçün bütün hüquqi tədbirləri görmək, həmçinin onlara maliyyə dəstəyi göstərən şəxslərə imtiyaz və resurs verilməsini dayandırmaq tapşırıldığını deyib.
CAIR isə bildirib ki, qubernatorun bu qərarı konstitusiyaya zidd və böhtan xarakterlidir. Onlar məsələ ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək