Fond Qarabağ Universitetinin 50 tələbəsinə hər ay 200 manat təqaüd verəcək.
Fond Qarabağ Universitetinin 50 tələbəsinə hər ay 200 manat təqaüd verəcək.
Qarabağ Dirçəliş Fondu 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərəcək.
Bununla bağlı Fond Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində təşəbbüslə çıxış edib.
Bildirilib ki, məqsəd azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafı təmin etməkdir.
Təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilə rəsmiləşdirilib.
Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşma QDF-in “Qarabağ Təqaüd Proqramı” çərçivəsində istedadlı tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək və bölgədə bilik iqtisadiyyatının inkişafına töhfə vermək istiqamətində strateji öhdəliyini əks etdirir.
Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaq. Bu, ümumilikdə, hər tələbə üçün 2 min manat təşkil edir. Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu ilə əlaqəli şəkildə müəyyən olunacaq.
Oxşar -Yeniinfo.az
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib
DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək
Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyib
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı dəyişiklik ilk oxunuşda qəbul edilib
Elm və təhsil nazirinin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb
Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirilib
Məktəblərdə dərsliklərin təhvil alınmasına başlanılıb.