"Forbes": Budanov müasir müharibənin aparılmasında inqilabın əsas memarıdır
"Forbes": Budanov müasir müharibənin aparılmasında inqilabın əsas memarıdır
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müasir müharibənin aparılmasında inqilabın əsas memarıdır.
Bu barədə "Forbes" nəşrinin Ukrayna hərbi kəşfiyyatının rəhbərinin fəaliyyəti ilə bağlı materialında deyilir.
Bildirilir ki, o, sarsılmaz idealist və şəksiz vətənpərvər keyfiyyətlərini özündə birləşdirir:
"Döyüş əməliyyatlarının xarakterində baş verən tektonik dəyişikliklərin arxasında dayanan əsas simalardan biri, müharibənin aparılmasında inqilabın baş memarı Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovdur. O bu yaxınlarda Prezident Trampın nümayəndələri ilə sülh sazişi üzrə birbaşa danışıqlar aparan komandaya qoşulub. Budanov ilk dəfə təyin olunduqdan sonra təsirini tədricən artırıb".
Məqalədə qeyd olunur ki, Budanov ölkəsinin gələcəyinin taleyi həll olunan istənilən danışıqlarda zəiflikdən irəli gələrək güzəştə getməyəcək:
"Bununla yanaşı, əgər hansısa kompromislərə razılaşsa, ictimaiyyət ona etibar edəcək. çünki onun bu qərarı doğru səbəblərə əsaslanaraq qəbul etdiyini biləcək".







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq