Fransa ABŞ-dan Ukrayna üçün silah alınmasında iştirak etməyəcək
Fransa ABŞ-dan Ukrayna üçün silah alınmasında iştirak etməyəcək
Fransa Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasını nəzərdə tutan PURL təşəbbüsündə iştirak etmir.
“Ukrinform“a istinadən xəbər verir ki, bunu Fransanın Silahlı Qüvvələr və Veteranlarla İş üzrə nazir-delegatı Alis Rufo bəyan edib
Nazir bildirib ki, Fransa Ukraynaya müxtəlif sahələrdə yardım göstərir, lakin PURL proqramında birbaşa iştirak etmir. Bununla belə, Paris digər Avropa tərəfdaşlarının bu təşəbbüsə qoşulmasını dəstəkləyir.
“Biz istəyirik ki, hamı bilsin ki, müəyyən məqamda qərarları müstəqil şəkildə qəbul etməli və Avropa sistemlərini inkişaf etdirməliyik. Buna görə də növbəti addımlara hazırlaşırıq”, - Rufo vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, dövlətlərin ABŞ-dan Ukrayna üçün silah aldığı PURL təşəbbüsünə artıq ümumilikdə 24 ölkə qoşulub.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi