Fransa Avropanın ən böyük aviadaşıyıcısının inşasına başlayır
Fransa Avropanın ən böyük aviadaşıyıcısının inşasına başlayır
Fransa Prezidenti Emmanuel Makron yeni nəsil nüvə aviadaşıyıcısının inşasını nəzərdə tutan proqramın rəsmi olaraq başladığını açıqlayıb.
"Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama dövlət başçısının Əbu-Dabidə yerləşən hərbi bazada fransız hərbi kontingenti qarşısında çıxışı zamanı səsləndirilib.
Yeni gəmi Fransa donanmasının hazırkı flaqmanı “Şarl de Qoll”u əvəzləmək üçün nəzərdə tutulur.
Makron vurğulayıb ki, “nəhəng layihə”nin icrasına başlamaq barədə qərar məhz bu həftə qəbul olunub.
"Porte-Avions Nouvelle Génération" adlanan proqramın dəyəri təxminən 10,25 milyard avro qiymətləndirilir.
Gözlənilir ki, yeni aviadaşıyıcı Avropada indiyədək inşa edilmiş ən böyük hərbi gəmi olacaq və K22 tipli iki nüvə reaktoru ilə təchiz ediləcək.
Gəminin 2038-ci ildə istismara verilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək