Telefon
WhatsApp
Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb
300 X 250 Reklam Alanı

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib.

Yeni info.az-a "Report"un məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu barədə "X" sosial şəbəkəsində bidirib.

Onun sözərinə görə, Fransa qüvvələri tərəfdaşları ilə birlikdə gəmişiliyin tam bərpasına və Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsinə hazırdır.

Makron həmçinin qeyd edib ki, 17 iyunda ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması regional sabitliyin möhkəmlənməsi, o cümlədən Hörmüz boğazından gəmiçilik azadlığının təsdiqlənməsidir.

E.Makron Oman Sultanı ilə məsləhətləşmələrdən sonra Fransa qüvvələrinin bölgədə yerləşdirilməsini tənzimləmək qərarının verildiyini açıqlayıb.

Onun sözlərinə görə, "Şarl de Qoll" təyyarədaşıyan gəmisi Tulondakı limana qayıdır, iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi isə bölgədə qalır və lazım gələrsə, müttəfiqlərlə birlikdə missiyalar yerinə yetirməyə hazırdır.

Makron vurğulayıb ki, Fransa hərbi mövcudluğunu dəyişən vəziyyətdən və regional təhlükəsizlik ehtiyaclarından asılı olaraq uyğunlaşdırmağa davam edəcək.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150