Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir.
Yeni info.az-a Oxu.Az "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır.
Layihəyə əsasən, döyüş meydanında 120-130 hərbçinin yerinə uzaqdan idarə olunan robotlar və pilotsuz uçuş aparatlarından istifadə olunacaq. Onların fəaliyyəti isə arxa cəbhədə yerləşən təxminən 15 hərbçi tərəfindən koordinasiya ediləcək.
Layihə üzərində çalışan podpolkovnik Kristof bildirib ki, əsas məqsəd canlı qüvvəni riskə atmadan hərbi əməliyyatları həyata keçirməkdir.
Sınaqlar Morbihan departamentində yerləşən poliqonda aparılır. Layihə çərçivəsində çəkisi 2-3 ton olan onlarla yerüstü robotun və 60-a yaxın dronun piyada bölməsinin funksiyalarını yerinə yetirməsi nəzərdə tutulur.
Bu texnikanın pulemyot və ya istiliklə idarə olunan raketlərlə təchiz edilməsi, eləcə də sursat daşınmasında istifadə olunması planlaşdırılır.
Bütün sistemlərin "C2 Pendragon" adlı süni intellekt platforması vasitəsilə idarə ediləcəyi bildirilir. Fransa tam avtonom ölümcül silahlardan istifadəni dəstəkləmədiyini bəyan etsə də, qismən avtonom sistemlərin hazırlanmasına icazə verir.
Layihənin 2027-ci ildə təqdim olunması planlaşdırılır. Bununla belə, onun tam şəkildə hazır vəziyyətə gətirilməsinin daha uzun vaxt aparacağı qeyd olunur.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski