Fransa parlamentində Makronun istefaya göndərilməsi təklif ediləcək
Fransa parlamentində Makronun istefaya göndərilməsi təklif ediləcək
Solçu "İtaətsiz Fransa" partiyası hökumətə etimad səsverməsindən bir gün sonra Prezident Emmanuel Makronun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı parlamentə təklif təqdim etməyi planlaşdırır.
Bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsində paylaşım edib.
"Sentyabrın 8-də Baş nazir Bayrunu istefa verməyə məcbur edəcəyik. Sentyabrın 9-da isə respublika prezidentinin hakimiyyətdən kənarlaşdırılması üçün təklif irəli sürəcəyik", - deyə o bildirib.
Siyasətçi xatırladıb ki, Makron 2024-cü il parlament seçkisində qalib gəlməsinə baxmayaraq, solçu namizədi baş nazir təyin etməkdən imtina edib. Onun sözlərinə görə, bu, Beşinci Respublikanın tarixində ilk dəfədir baş verir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...