“Fələstin Fəaliyyəti”nə dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq
“Fələstin Fəaliyyəti”nə dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq
Britaniyada “Fələstin Fəaliyyəti”nə dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq
Britaniyada hakimiyyətin qadağan olunmuş terror təşkilatları siyahısına əlavə etdiyi Fələstin tərəfdarı hərəkata dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq.
Bu haqda London polisinin açıqlamasında bildirilir.
“Daha 60 nəfər qadağan olunmuş “Fələstin Fəaliyyəti” (Palestine Action) terror qruplaşmasına dəstək ifadə etdiklərinə görə mühakimə olunacaq”, - polisin açıqlamasında deyilir.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanları hərəkata qoyulan qadağa ilə bağlı ilk üç nəfərə qarşı ittiham irəli sürüldüyünü açıqlamışdı.
Polis bildirib ki, iyulun 5-də hərəkata qadağa qoyulduqdan sonra ümumilikdə 700-dən çox adam saxlanılıb. Yaxın həftələrdə daha çox cinayət işinin qaldırılacağı gözlənilir.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf