Fərdi yaşayış evi tikmək istəyənlərin nəzərinə!
Fərdi yaşayış evi tikmək istəyənlərin nəzərinə!
Hər il payız-qış mövsümündə torpaq bazarında durğunluq müşahidə olunur. Bu da paralel olaraq qiymətlərə təsir göstərir.
Əmlak məsələləri üzrə ekspertlər bunu əsasən hava şəraitinin tikintinin keyfiyyətinə təsiri ilə əlaqələndirirlər. Belə ki, payız və qış aylarında yağan yağış və qar səbəbindən tikinti işləri çətinləşir, nəticədə, torpağa olan tələbat azalır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mövsümi enmə bazar qanunauyğunluğudur. Onun sözlərinə görə, alıcılar daha çox yaz və yay aylarında aktivləşirlər. Lakin fərdi yaşayış evi tikmək istəyənlər üçün payız və qış aylarında torpaq almaq daha sərfəlidir.
"Bu dövrdə torpaq alqı-satqısı zəifləyir, nəticədə, qiymətlərdə müəyyən enmə müşahidə olunur", - deyə ekspert qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, torpağı məhz payız-qış mövsümündə alıb, yaz-yay aylarında tikintiyə başlamaq ən ideal üsuldur.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu