G7 ölkələri Kiyevi dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edir
G7 ölkələri Kiyevi dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edir
G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə etmək imkanlarını müzakirə etməyə davam edir.
Bu, G7 ölkələri xarici işlər nazirlərinin Kanadanın Ontario şəhərində keçirilən görüşündən sonra verdiyi birgə bəyanatda bildirilir.
“G7 ölkələri Ukraynanı dəstəkləmək məqsədilə öz yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərinin daha da koordinasiyalı şəkildə istifadəsi də daxil olmaqla, bir sıra maliyyə variantlarını müzakirə edirlər”, - sənəddə deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, G7 ölkələri Moskvaya təzyiqi artırmaq niyyətindədirlər və Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı maliyyələşdirməsinə guya yardım edən ölkələrə qarşı tədbirləri də araşdırırlar.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?