G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək
G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək
G7-nin maliyyə nazirləri oktyabrın 1-də görüşərək Rusiyaya təzyiqləri artırmaq və Ukraynaya dəstək üçün tədbirlər görmək barədə razılığa gəliblər.
Bu barədə G7 ölkələri nazirlərinin Kanada hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.
“Rusiyanın NATO hava məkanını pozması, mülki şəxslərə hücumların intensivləşdirilməsi, Ukraynada hökumət və diplomatik binalara ziyan vurması da daxil olmaqla, növbəti eskalasiya hərəkətləri qəbuledilməzdir və sülhə nail olmaq üçün səylərə xələl gətirir”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Ukraynanın dayanıqlığının gücləndirilməsinə və Rusiyanın müharibə aparmaq qabiliyyətinin zəiflədilməsinə yönəlmiş tədbirlərin gücləndirilməsinin vaxtı çatıb.
Odur ki, Ukraynaya maliyyə dəstəyi üçün variantlar hazırlanır ki, dondurulmuş bütün Rusiya aktivlərindən istifadə də bura daxildir.
Nazirlər həmçinin Moskvanın əsas gəlir mənbəyi olan Rusiya neftinin ixracına təzyiqin artırılmasının zəruriliyi ilə bağlı da razılığa gəliblər.
Bu baxımdan Rusiyadan məhsulların idxalının, o cümlədən karbohidrogen idxalının azaldılması və mərhələli şəkildə dayandırılması üçün də tədbirlər görüləcək.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...