Telefon
WhatsApp
Gömrük mallarınızı 1 aydan çox saxlamayacaq
300 X 250 Reklam Alanı

Fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq.

Modern.az Yeni info.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Layihəyə görə, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, lakin 1 aydan artıq ola bilməyəcək.

Həmçinin, təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən normadan artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsulları müvəqqəti saxlanca qəbul edilməyəcək. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da gömrük orqanının iştirakı ilə məhv edilməlidir.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150