Telefon
WhatsApp
300 X 250 Reklam Alanı

"iOS" üçün "Google Maps" tətbiqi avtomobilin parklanma yerini avtomatik müəyyən edən və yadda saxlaya bilən yeni funksiya əldə edib.

Bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Yeni funksiya istifadəçinin səfər zamanı "Google Maps" açıq olduqda smartfonun USB, "Bluetooth" və ya "CarPlay" vasitəsilə avtomobilə qoşulması ilə aktivləşir. Hərəkət başa çatdıqdan sonra tətbiq avtomobilin parklanma yerini avtomatik olaraq xəritədə işarələyir və həmin məlumatı 48 saata qədər yadda saxlayır. İstifadəçi yenidən yola düşdüyü anda bu işarə avtomatik şəkildə silinir.

Qeyd edək ki, əvvəllər parklanma yerini yadda saxlamaq mümkün olsa da, bunu menyudan müvafiq bölməni seçərək əl ilə etmək lazım gəlirdi. Yeni funksiya isə prosesi tam avtomatlaşdırır. Bundan başqa, parklanma yerini göstərmək üçün artıq standart "P" işarəsi deyil, müxtəlif avtomobil ikonalarından istifadə olunur.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150