Telefon
WhatsApp
300 X 250 Reklam Alanı

"Google Photos" tətbiqində "Nano Banana" adlı süni intellekt modeli əsasında işləyən yeni fotoredaktə funksiyası təqdim edilib.

Bu barədə "Google" şirkətinin rəsmi bloqunda məlumat verilib.

Ən diqqətçəkən yeniliklərdən biri şəxsi redaktə rejimidir. İstifadəçilər "Mənə redaktədə kömək et" funksiyasından istifadə edərək konkret dəyişikliklər tələb edə biləcəklər. Məsələn, gün eynəyini çıxarmaq, üz ifadəsini yaxşılaşdırmaq və ya fotoda gözləri daha açıq göstərmək mümkündür.

Bundan əlavə, əvvəllər yalnız "Android" versiyasında mövcud olan dialoq pəncərələrinin redaktə interfeysi artıq tətbiqin "iOS" versiyasında da istifadəyə verilib.

Yaradıcılıq üçün əlavə imkanlar arasında tematik filtrlərin tətbiqi də yer alır. Məsələn, Renessans üslubu, mozaika kompozisiyaları və uşaq kitabı illüstrasiyalarını xatırladan stilizə edilmiş effektlər.

Şirkət həmçinin "Fotodan soruş" (Ask Photos) funksiyasının qlobal miqyasda genişləndirilməsini elan edib. Bu funksiya artıq 100-dən çox ölkədə və 17 dildə əlçatan olacaq. "Fotodan soruş" istifadəçilərə hadisələr, tarixlər və obyektlər üzrə şəkil axtarmağa, eləcə də sorğularına süni intellekt tərəfindən ətraflı cavablar almağa imkan verir.

 

 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150