"Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub
"Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub
"Google öz "Translate" xidmətində yenilənmə elan edib.
"The Verge" nəşrinə istinadən xəbər verir ki, yeniliyin əsas hadisəsi istənilən model qulaqlıqlar üçün canlı nitqin sinxron tərcüməsi funksiyasının istifadəyə verilməsidir.
Ondan istifadə etmək üçün sadəcə "Android" əməliyyat sistemli uyğun smartfon və "Translate" tətbiqi kifayətdir. Xidmət 70-dən çox dili dəstəkləyir və beta rejimində ABŞ, Meksika və Hindistanda istifadəyə veriləcək. 2026-cı ildə bu funksiya tətbiqin "iOS" versiyasında da əlçatan olacaq.
Bununla paralel olaraq "Google" "Gemini" süni intellekt modelinin imkanlarına əsaslanan təkmilləşdirilmiş mətn tərcümə mexanizmini də tətbiq edib.
Üçüncü mühüm yenilik isə dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş "Təlim" funksiyasının coğrafiyasının və dil dəstəyinin genişləndirilməsidir.
Təkmilləşdirilmiş mətn tərcüməsi artıq ABŞ və Meksikada bütün platformalarda - "Android" və "iOS" tətbiqlərində, eləcə də veb-versiyada mərhələli şəkildə istifadəyə verilməyə başlayıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək