Telefon
WhatsApp
Göz yaşlarını saxlamaq vərdişinin orqanizmə təsiri açıqlandı
300 X 250 Reklam Alanı

Göz yaşlarını saxlamaq vərdişi sağlamlıq üçün təhlükəlidir.

Bu barədə psixiatr Yaqo Fernandes "Metropoles"ə müsahibəsində danışıb.

 

O, insanları heç vaxt göz yaşlarını və digər emosiyaları saxlamamağa çağırıb.

Fernandes qeyd edib ki, emosiyaları boğmaq onları yox etmir. Bununla belə, ifadə olunmayan hislər stres sistemini aktivləşdirir və bununla da orqanizmi yüksək həyəcan vəziyyətinə gətirir. Mütəxəssisin fikrincə, bu, təşviş pozğunluqları, depressiya və yuxusuzluğa gətirib çıxara bilər.

Bundan əlavə, o bildirib ki, emosiyaları büruzə vermədikdə, bu, bədəndə xroniki ağrı, yorğunluq və immunitetin zəifləməsi kimi nəticələrə gətirib çıxara bilər. Fernandes izah edib ki, ağladıqdan sonra parasimpatik sinir sistemi aktivləşir ki, bu da qan təzyiqini aşağı salır və ürək döyüntülərinin tezliyini azaldır, həmçinin stresin digər təsirlərini neytrallaşdırır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150