Güclü külək Bakıda 16 ağacı aşırıb.
Güclü külək Bakıda 16 ağacı aşırıb.
Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.
Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.
Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü