Gündüz yuxusunun faydaları nələrdir? - Həkimdən məsləhətlər
Gündüz yuxusunun faydaları nələrdir? - Həkimdən məsləhətlər
Gündüz yuxusu yetkin insanların iş qabiliyyətinin və ümumi əhvalının yaxşılaşdırılması üçün faydalı ola bilər.
Bu barədə rusiyalı somnoloq, tibb elmləri namizədi və psixiatr Yelena Kolesniçenko Gazeta.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, gündüz yuxusu stres səviyyəsini azaldır, diqqəti, yaddaşı və immuniteti gücləndirir:
"Gündüz yuxusu diqqəti artırır və gecə az yatdıqdan sonra yaranan yuxululuğu azalda bilər. Amma bu, tam şəkildə gecə yuxusunu əvəz edə bilməz. İnsan orqanizmi uzunmüddətli və müntəzəm tam gecə yuxusuna ehtiyac duyur".
Onun sözlərinə görə, gündüz yuxusu üçün optimal vaxt günorta saat 15:00-a qədərdir, davametmə müddəti isə 10-20 dəqiqə olmalıdır. Həkim bu saatdan sonra mürgüləməyi məsləhət görmür, çünki bu zaman gecə yuxusu ilə bağlı problemlərin yaranma ehtimalı artır.
Ekspert əlavə edib ki, gündüz yuxusundan sonra insanın özünü bitkin və çaşqın hiss etməsi halı "yuxu ətaləti" adlanır. Bu, adətən 20-30 dəqiqədən artıq yataraq dərin yuxuya keçməyin nəticəsində baş verir.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma