Gündə nə qədər su içməliyik? - Rusiyalı həkimdən SADƏ DÜSTUR
Gündə nə qədər su içməliyik? - Rusiyalı həkimdən SADƏ DÜSTUR
Gündəlik nə qədər su içməli olduğunuzu sadə bir düstur vasitəsilə hesablamaq mümkündür.
Bu barədə rusiyalı qastroenteroloq, tibb elmləri doktoru Vladimir Neronov Championat.com-a açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, yetkin insanlar üçün tövsiyə olunan gündəlik maye qəbulu hər kiloqram bədən çəkisi üçün 30-35 millilitr təşkil edir.
Bu hesablamaya əsasən, çəkisi 70 kiloqram olan bir insan üçün optimal gündəlik maye həcmi 2,1-2,5 litr arasında dəyişir. Neronov qeyd edib ki, bu göstəriciyə yalnız təmiz su deyil, həmçinin şorba, tərəvəz və meyvələrdən alınan maye də daxildir.
Həkim vurğulayıb ki, bəzi hallarda gündəlik norma artırılmalıdır.
"Fiziki aktivliyin artması, isti hava şəraiti, qızdırma, ishal və ya sidikqovucu preparatların qəbulu zamanı maye qəbulu əlavə olaraq 0,5-1 litr artırılmalıdır. Bununla yanaşı, böyrək və ya ürək çatışmazlığı kimi bəzi xroniki xəstəliklərdə qəbul edilən mayenin miqdarı mütləq müalicə həkimi tərəfindən tənzimlənməlidir", - deyə Vladimir Neronov bildirib.







Oxşar -Yeniinfo.az
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçuşlar edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB