Gündəlik vərdişlərimiz xərçəng xəstəliyi yarada bilər
Gündəlik vərdişlərimiz xərçəng xəstəliyi yarada bilər
"Bəzi gündəlik vərdişlər gözlənilmədən onkoloji xəstəliklərin inkişaf riskini artıra bilər".
Bunu onkoloq və kimyaterapevt Liana Sadıkova bildirib.
Həkimin sözlərinə görə, yandıracaq dərəcədə isti çay və ya qəhvə içmək təhlükəlidir, çünki bu, qida borusunun selikli qişasında xroniki iltihaba səbəb olur və həmin orqanın xərçənginə gətirib çıxara bilər. Bundan əlavə, fastfudlar, qızardılmış, acı və yağlı yeməklərin çoxluğu mədənin və bağırsaqların şiş xəstəlikləri ehtimalını artırır.
Kimyaterapevt hərəkətli həyat tərzi fonunda çəkinin nəzarətsiz artmasının təhlükəsinə diqqət çəkib. Həkim bildirir ki, yağ toxumasının çoxalması hormonal disbalansa səbəb olur və bu, qadınlarda döş xərçəngi, kişilərdə isə prostat xərçəngi riskini yüksəldir.
Onkoloq xüsusilə siqaret çəkməyin təhlükəsini vurğulayıb. Tütün tüstüsündəki toksinlər ağciyər və mədəaltı vəzi hüceyrələrini zədələyir. Onun sözlərinə görə, gündə 10 siqaret çəkmək ağciyər xərçəngindən ölüm riskini təxminən 90 faiz, mədəaltı vəzi xərçəngindən ölüm riskini isə 30 faizdən çox artırır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu