Günəşin parlaqlığını azalda biləcək ÜSUL sınaqdan keçiriləcək
Günəşin parlaqlığını azalda biləcək ÜSUL sınaqdan keçiriləcək
"Stardust" şirkəti Günəş şüasının intensivliyini zəiflədə bilən və bununla da Yer kürəsində temperaturu aşağı sala biləcək texnologiyanı sınaqdan keçirməyi planlaşdırır.
"New Yorker" nəşrinə istinadən verdiyi xəbərə görə, İsraildə yerləşən və Delaver ştatında qeydiyyatdan keçmiş startap böyük vulkanik püskürmələrin təsirinə bənzər bir mexanizmdən istifadə etməyi təklif edir.
Belə püskürmələr zamanı atmosferə milyonlarla ton kükürd dioksidi daxil olur və bu hissəciklər Günəş işığının bir hissəsini kosmosa geri əks etdirərək, qısamüddətli qlobal soyuma dövrlərinə səbəb olur.
Hazırlanan texnologiya bulud qatlarının üzərində xüsusi mikrohissəciklərin səpilməsi yolu ilə əksedici bir örtük yaratmağı nəzərdə tutur. Bu örtük Günəş istiliyini qismən bloklayaraq, Yerə düşən iqlim yükünü azaltmalıdır.
Startap nümayəndələri istifadə olunacaq hissəciklərin tərkibini açıqlamırlar, yalnız onların insan və ətraf mühit üçün təhlükəsiz olduğunu iddia edirlər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?