Gürcüstan Baş naziri: Azərbaycanla birgə gömrük məntəqəsinin yaradılması üzərində fəal iş aparılır
Gürcüstan Baş naziri: Azərbaycanla birgə gömrük məntəqəsinin yaradılması üzərində fəal iş aparılır
Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri layihələri üzərində fəal iş aparılır.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihələr ən yaxşı regional əməkdaşlıq nümunəsidir.
Kobaxidze bildirib ki, dünyada ticarət yollarının yenidən qiymətləndirildiyi bir vaxtda Gürcüstan regional sabitlik və logistika mərkəzi kimi ortaya çıxır. Baş nazir Gürcüstanın gömrük sahəsində davam edən islahatların bu prosesdə çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı