Telefon
WhatsApp
Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
300 X 250 Reklam Alanı

Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 896 nəfər təşkil edir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-2026-ci tədris ili üzrə hesabatında bildirilib.

Əvvəlki tədris ilə müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 36 nəfər artıb. Onların 407-si dövlət, 489-ü isə özəl universitetlərin tələbələridir. Dövlət institutlarında təhsil alan Azərbaycan vətəndaşlarının 163-ü qadın, 244-ü kişi, özəl ali məktəblərdə təhsil alan vətəndaşlarımızın isə 95-i qadın, 394-ü kişidir.

Qonşu ölkənin universitetlərində təhsil alan əcnəbilərin ümumi sayı isə 44 440 nəfərdir ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 7 315 nəfər çoxdur. Onların böyük əskəriyyəti 36 895 nəfər olmaqla özəl ali məktəblərin tələbələridir.

Gürcüstanda doktorluq elmi dərəcəsinin alınması üçün isə 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər Azərbaycan vətəndaşı çalışır.

Qeyd edək ki, Gürcüstanda 19-u dövlət, 45-i özəl olmaqla 64 ali məktəb fəaliyyət göstərir. Onların 64,1%-i Tbilisidə yerləşir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150