Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı
Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı
Cənubi Qafqazda bir neçə alternativ nəqliyyat dəhlizinin mövcudluğu Orta Dəhlizə marağı artıracaq və bu da Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq.
Bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri və “Xalqın Gücü” partiyasının sədri Sozar Subari Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu ilə bağlı məsələləri şərh edərkən söyləyib.
Bu məsələlərdə Azərbaycanın roluna toxunan vitse-spiker deyib: "Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm və böyük hadisədir. Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi regional sabitliyə töhfə verir".
Zəngəzur dəhlizindən danışan danışan Sozar Subari vurğulayıb ki, marşrutun başlıca məqsədi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, coğrafi baxımdan tamamilə təbii və məntiqli addımdır.
Onun fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında yüklərin birbaşa daşınması da normal proses olacaq və Gürcüstanın bundan itirəcəyi gəlir böyük həcmdə deyil.
Subari həmçinin qeyd edib ki, Naxçıvandan Türkiyəyə uzanan və Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanları bütün region üçün əhəmiyyətlidir. Bu cür layihələr Gürcüstanın tranzit rolunu gücləndirir, bütün dəhlizlər üzrə yük həcminin artmasına şərait yaradır.
Gürcü siyasətçi bildirib ki, Qafqaz vahid iqtisadi məkan kimi formalaşdıqca, Azərbaycanın iştirakı ilə yaradılan yeni nəqliyyat marşrutları Gürcüstan üçün də əlavə üstünlüklər yaradacaq və regionun beynəlxalq əhəmiyyətini daha da artıracaq.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı