Gürcüstanın dövlət universitetlərində təhsil pulsuz olacaq
Gürcüstanın dövlət universitetlərində təhsil pulsuz olacaq
"2026-cı ildən etibarən dövlət ali məktəblərində təhsil alan bütün tələbələr tamamilə dövlət tərəfindən maliyyələşdiriləcək, bu da onların təhsilinin ödənişsiz olacağı anlamına gəlir".
Bunu Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib.
Onun sözlərinə görə, hökumət dövlət və ya özəl ali məktəblərdə oxuyan bütün tələbələrə daha əvvəl onlara təklif edilmiş maliyyələşdirmə mexanizmini təqdim edəcək.
Nazir qeyd edib ki, növbəti tədris ilində özəl ali məktəblərə daxil olacaq tələbələr daha dövlətdən qrant almayacaqlar.
Mikanadze vurğulayıb ki, 2026-cı ildən etibarən dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək:
"Bunun üçün qanunvericiliyə dəyişikliklər edilməsi planlaşdırılır. Həmin dəyişikliklərə əsasən, müstəsna hallar istisna olmaqla, əcnəbi turistlərin dövlət ali məktəblərinə qəbulu mümkün olmayacaq. Müxtəlif universitetlərdə fərqli formatlarda fəaliyyət göstərən ikitərəfli razılaşmalar, mübadilələr və xüsusi proqramlar istisna təşkil edəcək".







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək