Gürcüstanın maşın idxalçıları çətin vəziyyətdə... - Səbəb
Gürcüstanın maşın idxalçıları çətin vəziyyətdə... - Səbəb
Gürcüstanda avtomobil idxalçıları çətin vəziyyətdədir. Sahibkarlar avtomobilləri maya dəyərindən aşağı satırlar.
Bu barədə mətbuata Avtomobil İdxalçılar Assosiasiyasının sədri Laşa Darbaiseli məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanda avtomobil idxalçıları bazardakı vəziyyətin ağırlaşdığını və avtomobilləri artıq maya dəyərindən aşağı qiymətə satmağa məcbur olduqlarını bildirirlər.
O deyib ki, Mərkəzi Asiyadan olan miqrantların Gürcüstanda yaratdığı yeni rəqabət idxalçıları çətin duruma salıb:
“Əvvəllər Mərkəzi Asiyadan gələnlər avtomobilləri idxalçılardan alırdılar. İndi isə birbaşa özləri maşın alır və ixrac edirlər. Bu isə yerli idxalçıların satış imkanlarını daraldır. Təkrar ixrac bazarı da tam olaraq satışları kompensasiya etmir. Yerli bazar isə idxal etdiyimiz avtomobillər üçün o qədər də geniş deyil”.
Sədrin sözlərinə görə, Yeni il ərəfəsində əvvəlki illərlə müqayisədə daha çox avtomobil satılsa da, ümumi mənzərə yenə də narahatlıq doğurur: "Statistikaya baxdıqda rəqəmlər yaxşı görünə bilər, amma real vəziyyət fərqlidir. Avtomobil idxalçıları doğrudan da çətinliklərlə üz-üzədirlər”.
Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstandan minik avtomobillərinin təkrar ixracı 2025-ci ilin yanvar–oktyabr aylarında tarixi maksimuma yüksəlib. Bu dövrdə ölkədən ümumi dəyəri 2,287 milyard dollar olan 92 713 minik avtomobili reeksport edilib. Bu göstərici 2014-cü ildən bəri qeydə alınmış ən yüksək rəqəmdir.
Müqayisə üçün bildirilir ki, 2024-cü ilin eyni dövründə Gürcüstan 88 235 avtomobil reeksport edib ki, bu, cari ilin nəticələrindən 14 faiz azdır.
Bununla belə, idxalçılar bildirirlər ki, statistikanın yüksək olması real satış gəlirlərinə eyni şəkildə təsir etmir və sektor ciddi rəqabət təzyiqi ilə üz-üzədir.







Oxşar -Yeniinfo.az
Ukrayna qoşunları beş kəndi azad etdi
Yer kürəsi yavaşlayır, günlər uzanır
İran İraqa qaz tədarükünü bərpa edəcəkmi?
Hərəkətsizlik xərçəng riskini artırırmı?
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Meloninin xəbərdarlığı: 2026-da bizi nə gözləyir?
Yaponiya Nazirlər Kabineti rekord müdafiə xərcləri olan büdcə layihəsini təsdiqləyib
KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb