Gələn il yalnız ən bahalı smartfonlar LPDDR6 yaddaşı alacaqlar
Gələn il yalnız ən bahalı smartfonlar LPDDR6 yaddaşı alacaqlar
2025-2026-cı illərdə yeni standart LPDDR6 yaddaşının qiymətlərinin kəskin artacağı gözlənilir. Bu səbəbdən həmin yaddaş ilk mərhələdə yalnız ən yüksəksəviyyəli çipsetlərdə və müvafiq olaraq, ən bahalı flaqman smartfonlarda tətbiq olunacaq.
Bu barədə "TweakTown" portalına istinadən xəbər verir.
Məşhur çinli insayder "Digital Chat Station"ın məlumatına görə, gələn il LPDDR6 texnologiyası çox baha qalacaq. Buna görə də əvvəlcə onu yalnız premium səviyyəli flaqman prosessorlar alacaq - məsələn "MediaTek Dimensity 9600", "Qualcomm Snapdragon 8 Elite Gen 6" və onun daha sürətli yaddaş və gücləndirilmiş GPU ilə fərqlənəcək Pro-versiyası.
Çinli yaddaş istehsalçıları artıq gələn ildən LPDDR6-nın kütləvi istehsalına başlamağı planlaşdırırlar. Lakin mənbələrin proqnozlarına görə, LPDDR6-nın nəzərəçarpacaq ucuzlaşması yalnız 2027-ci ildən başlayacaq. Bu səbəbdən yaxın iki ildə LPDDR6 ilə təchiz olunmuş flaqman smartfonların qiyməti LPDDR5-lə olan modellərdən xeyli baha olacaq. Yeni yaddaş standartının orta və yuxarı-orta sinif mobil cihazlara geniş şəkildə gəlməsi isə yəqin ki, 2028-ci ildən tez olmayacaq







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş