H3N2 virusu sizi xəstəxanalıq edə bilər
H3N2 virusu sizi xəstəxanalıq edə bilər
Qış fəslinin gəlişi ilə ölkədə respirator infeksiyalara yoluxma sayı artıb. Xüsusilə, sosial şəbəkələrdə H3N2 virusu barədə yayılan məlumatlar insanlarda narahatlıq yaratsa da, mütəxəssislər vəziyyətin pis olmadığını izah edirlər.
Onlar bildirirlər ki, H3N2 nə yeni, nə də təhlükəli virusdur. Bu, illərdir gördüyümüz mövsümi qripin bir alt növüdür.
Virusun yaratdığı əlamətlər klassik qrip simptomları ilə eynidir: Boğaz və əzələ ağrısı, öskürək, hərarət.
Virus əsasən hava-damcı yolu ilə yayılır.
İnfeksionist Vasif Əliyevin sözlərinə görə, H3N2 ilə bağlı narahatlığa əsas yoxdur:
"H3N2 insanlar arasında çaşqınlığa səbəb olmasın. Çünki bu bizim hər zaman gördüyümüz qrip mutasiyasıdır".
Həkim xəstəliyin müalicə yolları barədə də danışıb:
"Xəstəlik ev şəraitində izolyasiya olunduğu halda, ağırlaşma ehtimalı təbii ki, az da olsa var. Amma xəstə müayinə edildikdən sonra onun xəstəxanaya yerləşdirilməsinə ehtiyacın olub-olmadığını və ya evdə əlavə müalicənin edilib-edilməyəcəyini həkimin şəxsi qərarına buraxmaq lazımdır".
İnfeksionistlər xüsusi olaraq qeyd edirlər ki, qrip əlamətləri olan şəxslərin özbaşına antibiotik qəbul etməsi yolverilməzdir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu