Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Axşam saatlarında Hacıqabul–Horadiz avtomobil yolunun 92-ci kilometrliyində müşahidə olunan kəskin yağışlı və küləkli hava şəraiti nəticəsində ağac yolun hərəkət hissəsinə aşaraq nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, həmin vaxt ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən hadisə dərhal nəzarətə götürülüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə operativ tədbirlər görülüb, sürücülərə xəbərdarlıq olunub, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təşkil edilib.
"Əməkdaşların çevik müdaxiləsi nəticəsində yol sahəsində mümkün qəza risklərinin qarşısı alınıb, hərəkətin təhlükəsiz təşkili təmin olunub. Daha sonra əraziyə ağır texnikalar cəlb edilərək yolun hərəkət hissəsinə aşmış ağaclar kənarlaşdırılıb, yol tam şəkildə təmizlənib və nəqliyyatın normal hərəkəti bərpa olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, qeyri-sabit və yağıntılı hava şəraitində daha diqqətli olmaq, sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq və yol hərəkəti qaydalarına ciddi əməl etmək həyati əhəmiyyət daşıyır", - məlumatda bildirilib.







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir