Hakan Fidan bu fotonu şərh etdi: Bütün dünyaya mesaj…
Hakan Fidan bu fotonu şərh etdi: Bütün dünyaya mesaj…
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin birlikdə əks olunduqları fotonu şərh edib.
Globalinfo.az Yeni info.az xəbər verir ki, forumun yekunlarına dair mətbuat konfransında çıxış edən H.Fidan bunu qardaşlıq həmrəyliyi adlandırıb.
“Əslində bu, bütün dünyaya qardaşlıq həmrəyliyi mesajıdır. Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar. Bu, eyni zamanda onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq duyğularının təzahürüdür”, – H.Fidan Antalya Diplomatiya Forumunda çəkilmiş fotonu belə dəyərləndirib.
Nazirin sözlərinə görə, üç lider arasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır.







Oxşar -Yeniinfo.az
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Ukraynadan məhsul idxalını artırdı
5 ədəd badam yeyib, sonra idman et – Sirr
0Çin maşınlarına maraq niyə azalıb? - Ekspert
Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
Ağdama daha 110 ailə yola salındı