Hakan Fidan Ermənistanla münasibətlərin normallaşması şərtini açıqladı
Hakan Fidan Ermənistanla münasibətlərin normallaşması şərtini açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla münasibətlərin normallaşması şərtini açıqlayıb.
"Haber Global"a istinadən xəbərinə görə, Hakan Fidan bu barədə Türkiyə Böyük Millət Məclisinin Planlaşdırma və Büdcə Komissiyasında millət vəkillərinin suallarını cavablandırarkən bildirib.
O, Ermənistanla normallaşma ilə bağlı Türkiyənin dəfələrlə bəyan edilmiş bir siyasi xəttinin olduğunu qeyd edib.
"Azərbaycan və Ermənistan yekun sülh sazişini imzaladıqları zaman Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq", - deyə Hakan Fidan vurğulayıb.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?