Hakan Fidan: TDT-nin 12-ci Zirvə Görüşünün Qəbələdə keçirilməsi olduqca qürurvericidir
Hakan Fidan: TDT-nin 12-ci Zirvə Görüşünün Qəbələdə keçirilməsi olduqca qürurvericidir
TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi olduqca qürurvericidir.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.
O qeyd edib ki, Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur.
"Hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır. Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər", - H.Fidan əlavə edib.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü