Hansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?
Hansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?
ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər.
Bu barədə "ScienceDaily" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, iki il davam edən araşdırma sübut edib ki, qoruyucu davranış faktorları beyin sağlamlığına xroniki ağrı və ya aşağı gəlir kimi mənfi hallardan daha güclü təsir göstərir.
Mütəxəssislər MRT (maqnit-rezonans tomoqrafiyası) və digər vasitələrdən istifadə edərək 128 nəfərin "beyin yaşını" qiymətləndiriblər. Bioloji və xronoloji yaş arasındakı fərq heyrətamiz olub. Keyfiyyətli yuxu, sağlam çəki, stresin idarə olunması, siqaretdən imtina və sosial əlaqələrin dəstəklənməsi kimi bir neçə əsas prinsipə əməl edən iştirakçıların nümayiş etdirdiyi beyin orta hesabla onların real yaşlarından 8 il daha gənc görünüb. Üstəlik, bu müsbət təsir yalnız başlanğıcda əhəmiyyətli olmaqla qalmayıb, zamanla biraz da güclənib.
"Bunlar insanların müəyyən dərəcədə idarə edə biləcəkləri şeylərdir. Stresi fərqli şəkildə qəbul etmək, yuxunu yaxşılaşdırmaq və nikbinliyi inkişaf etdirmək mümkündür", - deyə tədqiqatın həmmüəllifi Cared Tanner qeyd edib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu